Rusiyada lezbiyan rəssam həbs edilib
Rəssam Saşa Skoçilenko ordu ilə bağlı “saxta xəbərlərə” görə 7 il müddətinə azadlıqdan məhrum edilib
18/Nov/23
692
Rusiyada lezbiyan rəssam həbs edilib
Rəssam Saşa Skoçilenko ordu ilə bağlı “saxta xəbərlərə” görə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Rəssam Saşa Skoçilenko “müharibə əleyhinə qiymət etiketləri” işi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.
2022-ci ilin yazında o, “Perekrestok” (Перекресток) mağazalarında qiymət etiketi kimi stilizə edilmiş müharibə əleyhinə vərəqələr yerləşdirib, bundan sonra donosla həbs olundu. Saşa Skoçilenkonun işi üzrə ümumilikdə 29 dinləmə keçirilib, prokuror fəalın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
“Mən dəmir barmaqlıqlar arxasında olsam da, mən səndən daha azadam. Mən öz qərarlarımı verə bilərəm, nə düşündüyümü söyləyə bilərəm, istəmədiyim bir şeyi etməyə məcbur olsam, işimi tərk edə bilərəm," - Saşanın son sözündən.
Saşa Skoçilenko açıq lezbiyandır, LGBTİ+ icmasının və femme hərəkatının maraqlarını müdafiə edən fəaldır; müstəqil media ilə əməkdaşlıq edir. Beynəlxalq insan haqları təşkilatı Amnesty International Skoçilenkonu vicdan məhbusu, “Memorial” hüquq müdafiə mərkəzi isə onu siyasi məhbus kimi tanıyıb.
Powered by Froala Editor