Rusiyada beynəlxalq LGBTİ+ hərəkatı ekstremist kimi tanına bilər
Dünən Rusiya Ədliyyə Nazirliyi beynəlxalq LGBTİ+ ictimai hərəkatının ekstremist kimi tanınması barədə iddia göndərdiyini açıqlayıb
18/Nov/23
691
Rusiyada beynəlxalq LGBTİ+ hərəkatı ekstremist kimi tanına bilər
Dünən Rusiya Ədliyyə Nazirliyi beynəlxalq LGBTİ+ ictimai hərəkatının ekstremist kimi tanınması və Rusiyada fəaliyyətinin qadağan edilməsi üçün Rusiya Federasiyasının Ali Məhkəməsinə inzibati iddia göndərdiyini açıqlayıb.
Əslində, belə bir iddia məhkəməyə noyabrın 2-də daxil olub və həmin gün hakimə ötürülüb, artıq noyabrın 8-də iddia məhkəmə tərəfindən icraata qəbul edilib. İş məxfi kimi təsnif edilib. İşə yalnız hakim, məhkəmə katibi, Rusiya Ədliyyə Nazirliyi və prokurorluğun nümayəndələrinin iştirak edəcəyi qapalı məhkəmə iclasında baxılacağı bildirilib.
Məhkəmə qərarı "milli təhlükəsizlik" səbəbi ilə məhkəmə tərəfindən dərc olunmaya bilər və buna görə də, ictimaiyyət Ədliyyə Nazirliyinin hansı arqumentlər gətirdiyini və məhkəmənin birdən-birə "LGBT Beynəlxalq İctimai Hərəkatını" qadağan etmək qərarına gəlməsini bilməyəcək.
Powered by Froala Editor