Rusiya Avroviziya qalibinə qarşı tədbir görür
Rusiya rejimi Ukraynanın Avroviziya qalibi Camalanı həbs etmək istəyir
21/Nov/23
804
Rusiya Avroviziya qalibinə qarşı tədbir görür
Rusiya rejimi Ukraynanın Avroviziya qalibi Camalanı həbs etmək istəyir. 40 yaşlı müğənni əvvəllər də işğal olunmuş Krım əhalisi üçün kampaniya aparıb və Rusiyanın hərbi cinayətlərini tənqid edib.
Rusiya “Avroviziya 2016” mahnı müsabiqəsinin ukraynalı qalibi Camala üçün axtarış elan edib. Bu barədə Rusiyanın dövlət xəbər agentlikləri məlumat yayıb. Rusiya Daxili İşlər Nazirliyi krım-tatar əsilli müğənniyə qarşı cinayət ittihamı barədə heç bir açıqlama verməyib.
Lakin adının açıqlanmasını istəməyən polis nümayəndəsi Tass dövlət xəbər agentliyinə bildirib ki, Camal Rusiya hərbçiləri haqqında “yalan məlumat” yayıb. Dövlət faktiki olaraq Putin rejiminin rəsmi xəttinə uyğun gəlməyən hər şeyi yalan məlumat kimi qələmə verir.
Ola bilsin ki, Camalanın rusların Buçadakı qətliamını tənqid etməsi onun axtarışa verilməsinə səbəb olub - Rusiya hərbçiləri ötən il şəhərdə dinc əhaliyə qarşı kütləvi qırğın həyata keçirib və bu qətliamda, Ukrayna məlumatlarına görə, 458 nəfər öldürülüb.
Powered by Froala Editor