Son bir ildə dünyada 321 trans öldürülüb
Trans Fərqindəlik Həftəsinin ilk günü və Transların Anım Gününə bir həftə qalmış TGEU (Transgender Avropa) Trans Cinayətin Monitorinqi tədqiqat layihəsinin illik yeniləməsini nəşr edib
06/Dec/23
671
Son bir ildə dünyada 321 trans öldürülüb
Trans Fərqindəlik Həftəsinin ilk günü və Transların Anım Gününə bir həftə qalmış TGEU (Transgender Avropa) Trans Cinayətin Monitorinqi tədqiqat layihəsinin illik yeniləməsini nəşr edib. Bu layihə qlobal miqyasda trans və gender müxtəlif insanların qətllərini monitorinq edir.
1 oktyabr 2022-ci il və 30 sentyabr 2023-cü il tarixləri arasında 321 trans və gender-diverse insanın öldürüldüyü bildirilib. Bu say əvvəlki ildə qeydə alınmış 327 hadisəyə çox yaxındır və translara qarşı ölümcül zorakılığın davamlı olaraq yüksək səviyyədə qaldığını göstərib. 236 hadisə ilə Latın Amerikası və Karib hövzəsi yenidən bütün bölgələr arasında ən çox qətl hadisəsi qeydə alınan regionlardır. Bu il ilk dəfə Ermənistan, Belçika və Slovakiyada qətllər qeydə alınıb.
Trans Cinayət Monitorinqi 2023 məlumatları göstərir ki:
- 321 trans və gender-diverse insanın öldürülüb.
- Qurbanların 94%-i trans qadınlar və ya trans feminin insanlar olub.
- Qlobal miqyasda, peşəsi məlum olan öldürülən transların demək olar ki, yarısı (48%) seks işçiləri olup. Bu, Avropada dörddə üçə (78%) sıçrayıb.
- İrqçiliyin təsirinə məruz qalan translar bildirilən qətllərin 80%-ni təşkil edir ki, bu da ötən illə müqayisədə 15% artım deməkdir.
- Avropada miqrasiya mənşəyi məlum olan transların 45%-nin miqrant və ya qaçqın olduğu bildirilib.
- Ən çox qətl qurbanı olan yaş qrupu 19-25 yaş arasıdır. Yaş məlumatları olan bütün halların dörddə üçü (77%) 19-40 yaş arasında olub.
- Bütün qeydə alınmış qətllərin demək olar ki, dörddə üçü (74%) Latın Amerikası və Karib hövzəsində törədilib; bu ümumi sayın təxminən üçdə biri (31%) Braziliyada baş verib.
- Ermənistan, Belçika və Slovakiyada ilk dəfə qətl hadisəsi qeydə alınıb.
- Bildirilən qətllərin təxminən yarısı (46%) odlu silahla baş verib.
- Qeydə alınmış qətllərin dörddə birindən bir qədər çoxu (28%) küçədə, daha dörddə biri isə (26%) qurbanın öz yaşayış yerində baş verib.
Powered by Froala Editor