Aktivistlər Uqanda hökumətini məhkəməyə veriblər
Uqandada aktivistlər məhkəmədə homoseksuallıq əleyhinə qanuna etiraz ediblər
19/Dec/23
851
Uqanda: Aktivistlər məhkəmədə homoseksuallıq əleyhinə qanuna etiraz ediblər
Aktivistlər və hüquq qrupları Uqanda hökumətini bütün dünyada dəhşət və qəzəb doğuran amansız Anti-Homoseksuallıq Aktı ilə bağlı məhkəməyə veriblər.
May ayında prezident Yoweri Museveni tərəfindən imzalanmış Homoseksuallıqla Mübarizə Aktı Uqandada LGBTİ+ hüquqlarını daha da məhdudlaşdırıb və eynicinslilərin “ağırlaştırılmış” əməllərinə görə ölüm cəzası tətbiq edib.
Bundan əlavə, homoseksual münasibətdə olan hər kəs ömürlük həbs cəzası ala bilər.
Qanunvericilik bir neçə kuir həbslərə və Afrika ölkəsində LGBTİ+lara qarşı təqib və zorakılıq dalğasına səbəb olub.
Powered by Froala Editor