Cinsi sağlamlıq haqqında sessiyalar

Queerdian cinsi sağlamlıq haqqında informativ sessiyalar üçün açıq çağırış elan edib.

Həm şəxsi həyatımızda, həm də münasibətlərimizdə özümüzü təhlükəsizlikdə və rahat hiss etmək istəyirik. Bu güvən və rahatlığı isə bir çox yollarla əldə etməyə çalışırıq. Bəs cinsi sağlamlığımıza, bədənimizə və seksual həyatımıza da eyni həssaslıqla yanaşırıqmı? Bədənimizdə nələrin baş verdiyi və verə biləcəyi, sağlam seksual həyatı necə yaşaya biləcəyimiz haqqında yetkin məlumata sahibikmi?

Bədənlərimizin və seksual həyatımızın bu qədər basqı və kontrol altında tutulduğu dövrdə, biz seksual sağlamlığımız seçimlərimizin, o cümlədən qarşılaşdığımız halların sağlam olub olmadığını ancaq məlumatlı olaraq anlaya bilərik. Əhatəli cinsi sağlamlıq haqqında baş tutacaq 6 sessiyada iştirak etmək istəyirsənsə, 4 Marta qədər qeydiyyatdan keç. Sessiyalar tabukamu komandasının seksoloqları tərəfindən keçiriləcək.

Qeydiyyat linki üçün buraya keçid edin. 

Powered by Froala Editor