İLGA "Haqqımızda olan Qanunlar" hesabatını yayımlayıb

Dünyanın üçdə biri hələ də razılaşdırılmış eynicinsli aktları cinayət hesab edir.

Dünya ölkələrinin 30 faizindən çoxu hələ də LGBTİ+ları razılaşdırılmış eynicinsli aktlara görə cinayət məsuliyyətinə cəlb edir. 

ILGA Dünya təşkilatının yeni flaqman nəşri "Haqqımızda olan Qanunlar" 2023-cü ilin yanvarından 2024-cü ilin aprelinə qədər bütün 193 BMT üzv dövlətində, BMT üzvü olmayan bir neçə qurumda və bir sıra submilli yurisdiksiyalarda hüquqi inkişafı sənədləşdirib.

"İcmalarımız son iki il ərzində mühüm qələbələri qeyd edib," - deyə ILGA Dünya tədqiqat meneceri və “Haqqımızda olan Qanunlar” layihəsinin əsas həmmüəllifi Lukas Ramón Mendos hesabatın dərcindən əvvəl bildirib. "Və bununla belə, demək olar ki, hər yerdə müqavimət və təxribat baş verib."

Qürur ayı ərəfəsində dərc edilmiş hesabata görə,  dünyanın 32 faizi, o cümlədən BMT-yə üzv olan 60 və daha iki de-fakto dövlət razılaşdırılmış eynicinsli əməlləri cinayət hesab etməyə davam edir.

Bununla belə, hesabatda müxtəlif ölkələrdə atılan bir sıra müsbət addımlar qeyd olunub.

Ötən 16 ay ərzində BMT üzvü olan dörd dövlət (Andorra, Estoniya, Yunanıstan və Sloveniya) LGBTİ+ cütlüklər üçün nikah bərabərliyini reallığa çevirib, Nepal isə belə birlikləri asanlaşdırmaq üçün müvəqqəti sərəncam verib, Boliviya və Latviya isə eynicinsli vətəndaş nikahlarını qanuniləşdirib.

Sinqapur, Mavrikiy və Dominika kimi BMT-yə üzv dövlətlər və Cənubi Sakit okeanda BMT-yə üzv olmayan Kuk adaları da daxil olmaqla eynicinsli aktların dekriminallaşdırılması baxımından böyük nailiyyətlər əldə edilib.

Bundan əlavə, BMT-nin beş üvz dövləti (Ekvador, Finlandiya, Almaniya, Yeni Zelandiya və İspaniya) və Meksikanın Yukatan əyaləti şəxsiyyət vəsiqəsi əsasında gender tanınmasını qanuniləşdirib. 

Hazırda BMT-yə üzv olan doqquz dövlətdə yetkinlik yaşına çatmayanlar üzərində qeyri-konsensual müdaxilələrə qarşı hüquqi müdafiə mexanizmləri var. 

Powered by Froala Editor