Bakıda trans qadın cinayət işi üzrə həbs edilib
Bakı Ağır Cinayətlər Məhkəməsinin jurnalistlərə təqdim etdiyi istintaq işinə nəzərən, Rasim Əliyev adlı şəxs Instagram üzərindən seks işçisi trans qadınla əlaqəyə keçərək ona seks xidməti qarşılığında 300 azn pul verəcəyini deyib. Lakin o, xidmətdən sonra qeyd etdiyi ödənişi verməkdən imtina edib. Bu zaman fərdlər arasında mübahisə yaranıb.
Trans qadın mətbəxdən bıçağı götürərək ödənişi verməyəcəyi təqdirdə özünə xəsarət yetirəcəyini deyib, həmin vaxt Rasım Əliyev bıçağı dartarkən öz qarın boşluğuna xəsarət yetirib.
Trans qadın: “Mənim onu öldürmək fikrin yox idi, əksinə özümə xəsarət yetirəcəkdim, o şəxs özü bıçağı əlimdən almaq istəyəndə özünə xəsarət yetirdi. Mən özüm daha sonra polisə təslim olmuşam.”
Trans qadına cinayət məcəlləsinin 126.2.4 cü - qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq niyyəti ilə maddəsi irəli sürülüb.
Məhkəmə trans qadını “kişi” kimi təyin edir, hökümətə yaxın mediada qadının sənəddəki təyin edilmiş adını dərc edir.
Bir neçə ay əvvəl Aytən adlı trans qadın müştərinin ödənişdən imtina etməsi halına görə mübahisə yaşayıb. Bu zaman müştəri Aytəni qətlə yetirib və onun cəsədini yol qırağına atılıb. Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluq hadisənin detalları barədə jurnalist sorğularına cavab verməyib.
Azərbaycan trans hüquqlarına görə Avropanın ən pis ölkələrindən biri kimi tanınır.
Powered by Froala Editor