Polis 4-cü Eskişehir Qürur Yürüşünə hücum edib
Polis 4-cü Eskişehir Qürur Yürüşünə hücum edib, LGBTQİ+ fəalları işgəncə ilə saxlanılıb
09/Jun/24
529
Polis 4-cü Eskişehir Qürur Yürüşünə hücum edib
Polis 4-cü Eskişehir Qürur Yürüşünə hücum edib, LGBTQİ+ fəalları işgəncə ilə saxlanılıb. Bu barədə Kaos GL məlumat verib.
Polis bu gün, 9 iyunda Ulus Anıtı qarşısında keçirilməsi planlaşdırılan 4-cü Eskişehir Qürur Yürüşünə hücum edib və mətbuat bəyanatı oxunmamış və yürüş baş tutmamış 10 nəfər LGBTQİ+ fəalı saxlanılıb.
Mətbuat bəyanatının keçiriləcəyi Ulus Anıtı ərazisi saatlar əvvəl polis tərəfindən mühasirəyə alınıb.
Hücumdan əvvəl LGBTQİ+ fəallarına və vəkillərə hər hansı həbs qətimkan tədbiri barədə məlumat verilməyib.
İnsanların qadağa qərarını görmək tələbinə polis həbslə cavab verib. Hücumu lentə almaq istəyən jurnalistlərin çəkilişlərinin qarşısı alınıb.
Powered by Froala Editor