Salaam Yazı Laboratoriyası

Salaam Yazı Laboratoriyası 20-21-22 iyun tarixlərində “Kuir Ədəbiyyat” çərçivəsində keçirilən üç günlük açıq dərs günlərinə dəvət elan edir. Dərslər 15:00-dan 18:00-dək davam edəcək və dərs zamanı iştirakçılar: “yazıçılıq bacarıqlarının inkişaf etdirilməsi”, “hekayə quruluşu”, “yazı strukturu”, “hekayələrin çapa hazır vəziyyətə gətirilməsi” və s. kimi incə texnikalarla tanış olacaqlar.

Dərslər laboratoriyanın koordinatoru, yazar İlqar Aydın tərəfindən keçiriləcək. İştirak etmək üçün qeydiyyat formunu doldurmağınız xahiş olunur.

Yer sayı limitlidir.

Dərsdə iştirak etmək sərbəstdir, lakin 30.03.24 tarixində başladılan “Salaama dəstək ol, müstəqil mədəniyyətə dəstək ol” ianə kompaniyasına əsasən, Yazı Laboratoriyasının gələcəkdə qurmaq istədiyi kitabxananın dəstəyə ehtiyacı var. Üç günlük dərs üçün simvolik olaraq 10 azn ödəyərək icmaya dəstək ola bilərsiniz. 



Powered by Froala Editor