Kuir icmasını hansı qanun dəyişiklikləri gözləyir?
Yaxın zamanda dünyanın kuir icmasını hansı qanun dəyişiklikləri gözləyir?
18/Jun/24
974
Yaxın zamanda dünyanın kuir icmasını hansı qanun dəyişiklikləri gözləyir?
Keçən il Latvia parlamenti eynicinsli cütlükləri qanuni tanıyacağını elan etmişdi.
İyulun 1-də qanun qüvvəyə minir və partnyorlar üçün hospitalda ziyarət etmək hüququ və bəzi vergi, sosial təminat imtiyazlarına imkan yaradır.
Eyni gündə artıq Çexiyada qan donorları ilə bağlı qaydalar dəyişir. Cinsi oriyentasiyasından asılı olmayaraq kuir şəxslərə donor olmaq icazəsi veriləcək.
Çexiyada bərabərlik bununla bitmir, artıq təyin olunmuş genderi dəyişmək üçün məcburi cərrahiyyə əməliyyatı tələb olunmayacaq. Belə ki, Respublikanın Konstitusiya Məhkəməsi insanların cinsiyyətini rəsmi dəyişdirmək üçün cinsiyyətin təsdiqi əməliyyatı, o cümlədən sterilizasiya keçirməyi tələb edən qanunun ləğv edilməsi barədə qərar çıxarıb. Qanun 2025-ci il, iyulun 1-i qüvvəyə minir.
Həmin il, yanvarın birində isə ölkədə artıq eynicinsli cütlüklərin hüquqları daha da artırılaraq onlara övladlığa uşaq götürmə, ortaq mülkiyyətə məhdudiyyətlərin aradan qaldırılması və ailə başçısını itirməyə görə pensiya almaq hüququ verilir.
Bu vaxtda Lixtenşteyn eynicinsli nikahı qanuniləşdirir və Avropada nikah bərabərliyini dəstəkləmiş 22-ci ölkə olur.
Bu il noyabrın 1-də isə Almaniya təyin olunmuş genderi dəyişmək üçün bütün maneələri aradan qaldırır və vətəndaşlar sadəcə qeydiyyat ofisinə öz genderlərini bəyan etməlidir. Hökümət yeni qanunla “qeyri-binar” genderini də tanıyıb.
Amerika Birləşmiş Ştatlarında transfob qanunların bir-bir qüvvəyə minməsi müşahidə olunur.
Aydaho ştatı şəxsə təyin olunmuş genderi istənilən rəsmi sənəddə dəyişməyi və transgenderlərə səhiyyə dəstəyini qadağan edir. Həmçinin ştat yalnız iki cins var deyərək “qeyri binar” genderi qəbul etməkdən imtina edib. Qanun dəyişiklikləri iyulun 1-indən qüvvəyə minir.
Gələn aydan etibarən Vayominq ştatı azyaşlı transgenderlərə trans spesifik səhiyyə xidmətlərini qadağan edir, Qərbi Virciniya ştatı isə qeyri-binar gender təyinatını doğum şəhadətnamələrindən və rəsmi sənədlərdən yığışdıracağını elan edib.
Müəllif: Aleks Şah
Powered by Froala Editor