Qazaxıstan "LGBT təbliğatını" qadağan etmək istəyir
Qazaxıstan Mədəniyyət Nazirliyi: “LGBT təbliğatının qadağan edilməsi ilə bağlı petisiya insan hüquqlarını pozmur”
21/Jun/24
479
Qazaxıstan Mədəniyyət Nazirliyi: “LGBT təbliğatının qadağan edilməsi ilə bağlı petisiya insan hüquqlarını pozmur”
Bu barədə The Village Kazakhstan portalına idarənin mətbuat xidmətindən məlumat verilib.
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi hesab edir ki, “Qazaxıstanda LGBT-nin açıq və gizli təbliğatının tam qadağan edilməsi haqqında” qanunun qəbulu tələbi ilə homofobik petisiya vətəndaşların hüquq və azadlıqlarını pozmur və heç bir ayrı-seçkiliyə çağırmır.”
Xatırladaq ki, bu petisiyada daha əvvəl 50 min imza toplanıb - bu, rəsmi baxılmaq üçün tələb olunan rəqəmdir. Hazırda Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı işçi qrupu təşkil edib. İşçi qrupunun tərkibinə maraqlı tərəflərin, dövlət qurumlarının və ictimai birliklərin nümayəndələri daxildir.
Eyni zamanda, idarədən cavab verilib ki, müraciətə baxılması çərçivəsində ictimai müzakirələr aparılacaq, beynəlxalq təcrübə öyrəniləcək.
Powered by Froala Editor