Gürcüstanda “LGBT təbliğatını” qadağan edən qanun layihəsini
Gürcüstan parlamentinin komitələri “LGBT təbliğatını” qadağan edən qanun layihəsini dəstəkləyib
22/Jun/24
500
Gürcüstan parlamentinin komitələri “LGBT təbliğatını” qadağan edən qanun layihəsini dəstəkləyib
Gürcüstan parlamentinin komitələri ölkədə “LGBT təbliğatını” qadağan edən qanunvericiliyə dəyişikliklər paketini təsdiqləyib.
Qərarı təhsil, elm və gənclərlə iş, sənaye iqtisadiyyatı və iqtisadi siyasət, insan hüquqları və vətəndaş inteqrasiyası, o cümlədən səhiyyə və sosial məsələlər komitələri dəstəkləyib. Qanun layihəsi birinci oxunuşdan sonra hüquq komitəsinə göndəriləcək, sonra isə plenar səsverməyə çıxarılacaq.
Hazırkı düzəlişlər kişi və qadının birliyindən başqa hər hansı nikahın qeydə alınmasını, həmçinin yetkinlik yaşına çatmayanların eynicinsli cütlüklər tərəfindən övladlığa götürülməsini qadağan edir. Tranzisiya əməliyyatı üçün cinayət cəzası tətbiq edilir - 1 ildən 4 ilə qədər həbs. Təhsil müəssisələrində “LGBT təbliğatına” görə fiziki şəxslər 1,5 min lari, hüquqi şəxslər 4 min lari məbləğində cərimələnəcək. Mediada eynicinsli səhnələrin yayımlanması və oxşar məzmunun reklamı qadağan ediləcək. Qanun pozuntusuna görə cərimələr nəzərdə tutulub: fiziki şəxslər üçün 800 lari, hüquqi şəxslər üçün 2,5 min lari.
Powered by Froala Editor