LGBTQİ+ tarixində mühüm hadisə - Stonewall Günü

Bu gün biz LGBTQİ+ tarixində mühüm hadisə olan Stonewall Gününü qeyd edirik.

28 iyun 1969-cu ildə polis Nyu-Yorkun Qrinviç ərazisində yerləşən Stonewall Inn gey barına basqın edib.

Amerikada bu tip basqınlar tez-tez baş verirdi, lakin bu dəfə icma polis zorakılığına qarşı çıxdı.

Altı gün ərzində sayca çox olan polis yerli əhalinin, o cümlədən işçi sinfindən olan insanlar, lezbiyanlar, draq performansçıları, təyin olunduğu gendərə uyğun olmayan şəxslər, gey kişilər və Marşa P. Johnson və Silvia Rivera kimi qaradərili trans qadınların müqaviməti ilə üzləşdi.

Bu qiyam müasir LGBTQİ+ hüquqları hərəkatını və Gey Azadlıq Cəbhəsi kimi təşkilatları alovlandırdı.

Stonewall müqaviməti azadlığı və həmrəyliyi simvollaşdırır.

Biz, Minority Azərbaycan komandası olaraq, bu gün haqlarımız uğrunda mübarizə aparanları hörmətlə anırıq.

LGBTQİ+ azadlığı uğrunda mübarizəmizdə biz onların irsini davam etdiririk.

Foto: VOA/Ülviyyə Quliyeva


Powered by Froala Editor