SevilFest QueerGaze filmlər təqdim edir
V SevilFest Beynəlxalq Qadın Sənədli Film Festivalı builki proqramında Kuir Nəzər ehtiva edən filmləri nümayiş etdirəcək
28/Jun/24
1429
SevilFest QueerGaze filmlər təqdim edir
V Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı builki proqramında Kuir Nəzər ehtiva edən filmləri nümayiş etdirəcək.
Festival bildirir ki, hər biri fərqli perspektivlər və hekayələr təqdim edən bu filmlər kinonun gücündən istifadə edərək kuir təcrübələri və kimlikləri qeyd edir və sevginin, azadlığın və kimlik axtarışının sərhədlərini zorlayır.
“Sizin regionda əlçatmazdır” şüarı ilə bu il iyulun 5-12 tarixləri arasında baş tutacaq festivalda #QueerGaze heşteqi ilə təqdim olunacaq filmlər bunlardır: “İçimdəki ev” (Mehriban Kərimova), “Sapfonun izi ilə” (Tzeli Hadzidimitriu), “Çeçenistana xoş gəlmisiniz” (Devid Frans), “Jiji” (Sintia Kalvi).
Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır. Sevilfest, ilk növbədə, gender məsələlərinə yönəlir. Festivalın əsas məqsədi incəsənət və sənədli filmlər vasitəsilə genderlə bağlı problemlər haqqında fərqindəliyi artırmaqdır. Bundan əlavə, Sevilfest mövcud stereotiplərdən ötrü qadın və kuir rejissorların önündəki maneələrin qaldırılmasını, onların Azərbaycandakı kino sahəsində iştirakçılığını artırmağı özünə məqsəd bilir. Festival qadınlar və təmsil olunmayan qruplar üçün təhlükəsiz və inklüziv məkan yaratmaq, onların iştirakını və ölkədə sənədli film sənayesinə töhfələrini artırmaq istiqamətində fəal işləyir.
Powered by Froala Editor