Latviya bərabər partnyorluq münasibətlərini tanıyıb
1 iyul 2024-cü ildə bütün kimliklər üçün bərabər vətəndaş nikahı haqqında qanunvericilik dəyişiklikləri qüvvəyə minib
01/Jul/24
440
Latviya bərabər partnyorluq münasibətlərini tanıyıb
1 iyul 2024-cü ildə bütün kimliklər üçün bərabər vətəndaş nikahı haqqında qanunvericilik dəyişiklikləri qüvvəyə minib.
Hələ 2023-cü ilin noyabrında Latviya hökuməti hamı üçün bərabər vətəndaş nikahı haqqında qanun layihəsini təsdiqləyib, o zaman dəyişikliklərin qüvvəyə minməsi üçün sadəcə iyulun 1-ə qədər gözləmək lazım idi.
Latviyada yeni və müasir vətəndaş nikahı institutunu təsdiqləyən dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, 2024-cü il iyulun 1-dən yaxın münasibətdə olan, bir evdə yaşayan, bilavasitə qohum və ya evli olmayan hər hansı gender və seksual oriyentasiyadan olan iki şəxs notariusla vətəndaş nikahı münasibətləri bağlaya biləcək.
Powered by Froala Editor