Trans aktivist İris Mozalar həbs edilib
LGBTQİ+ aktivisti və Türkiyə İşçi Partiyasının (TİP) üzvü İris Mozaların 10 iyul axşam saatlarında İstanbulda evinə basqın olunub
13/Jul/24
492
Trans aktivist İris Mozalar həbs edilib
LGBTQİ+ aktivisti və Türkiyə İşçi Partiyasının (TİP) üzvü İris Mozaların 10 iyul axşam saatlarında İstanbulda evinə basqın olunub. Həmin an İris öz “X” platformasında yazıb: “Saxlanılıram”. (İrisin X hesabı artıq silinib.) 11 iyulda isə onun həbs edildiyi məlum olub.
Prokuror 11 iyul axşam saatlarında 9-cu Cinayət Məhkəməsinə göndərilən işdə Mozaların (ictimai nifrət və düşmənçiliyə qızışdırma cinayəti) maddəsi ilə həbs olunmasını istəyib. Mozaların Bakırköy Qadın Qapalı Həbsxanasına aparılacağı deyilib. Mozaların həbsinə səbəb iyunun 30-da Kayseridə bir suriyalının azyaşlıya qarşı seksual təcavüz etməsindən sonra suriyalılara məxsus iş yerləri və avtomobillərə edilən hücumla bağlı sosial şəbəkədəki paylaşımları olub.
“Türkiyə İşçi Partiyası LGBTİ+ Araşdırmaları” bəyanat yayaraq deyib: “Yoldaşımız İris əzilən qrupların adına sülh və dostluq arzusunu dilə gətirdiyi üçün həbs edildi. İrisin yanındayıq, yaşasın mübarizəmiz!”
Həmçinin İstanbul Qürur Həftəsi, Istanbul Trans Qürur Həftəsi sosial şəbəkə hesablarından İrisin dərhal azad edilməsinə və Türkiyə səlahiyyətlilərini ifadə azadlığına hörmət etməyə çağırıblar.
LGBTQİ+ hüquqları aktivisti Mozalar iyulun 12-də azadlığa buraxılıb. Bu barədə KaosGL məlumat verib.
Bianet portalında yayımlanan xəbərə görə, Mozalar azadlığa çıxdıqdan sonra bunları deyib:
“Mən azadlığa buraxıldım. Təəccüblü bir şəkildə. Normalda cəmi iki saat əvvəl vəkil dostlarımla görüşüb, ağlayırdım. İndi xoşbəxtlikdən ağlayıram. Özümü çox yaxşı hiss edirəm [...] Çox qanunsuz həbs edildiyimi bilirəm [...] və bir gecəni saxlanma məntəqəsində, bir gecəni isə həbsxanada keçirdim [...] Bu qanunsuzluqdan geri dönüldüyü üçün çox xoşbəxtəm. [...] Bu prosesdə əməyi keçən, aksiyaya gələn, yəni gedib mənimlə hər hansı bir şəkildə həmrəylik nümayiş etdirən, ya da salam göndərən hər kəsə təşəkkür edirəm”.
Bu yaxınlarda Mozaların beynəlxalq media təşkilatı “France 24” kanalında Türkiyədə trans qadın aktivist olmaq hekayəsi, mübarizəsi və çətinlikləri barədə material dərc olunub.
Müəllif: Aleks Şah
Powered by Froala Editor