Rusiya yeni övladlığa götürmə qadağasını nəzərdən keçirir
Rusiya Dövlət Duması "genderin dəyişdirilməsinə" icazə verilən ölkələrdən olan əcnəbilər tərəfindən uşaq övladlığa götürülməsinə qadağa qoyulmasını nəzərdən keçirir
15/Jul/24
512
Rusiya yeni övladlığa götürmə qadağasını nəzərdən keçirir
Rusiya Dövlət Duması "genderin dəyişdirilməsinə" icazə verilən ölkələrdən olan əcnəbilər tərəfindən uşaq övladlığa götürülməsinə qadağa qoyulmasını nəzərdən keçirir.
Müvafiq qanun layihəsi parlamentin aşağı palatasına təqdim edilib. Bu barədə Parni Plus məlumat verib.
Rusiya Dövlət Duması tranzisiyaya icazə verən xarici ölkələrin vətəndaşlarının uşaq övladlığa götürülməsinə və ya qəyyumluğuna qadağa qoyan qanun layihəsinə baxmağa başlayıb. Qanun layihəsini Dumanın sədri Vyaçeslav Volodin bir qrup deputatla birlikdə təqdim edib.
Volodin qeyd edib ki, qanun layihəsi tranzisiyaya “tibbi müdaxilə və ya şəxsiyyəti təsdiq edən sənədlərdə dəyişikliklər yolu ilə icazə verildiyi” Avstraliya, Avstriya, Argentina, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İslandiya, İspaniya, İtaliya, Kanada, Norveç, Finlandiya, İsveçrə, Estoniya və digər ölkələrin vətəndaşlarına Rusiyadan olan uşaqların övladlığa götürülməsindən və ya qəyyumluğundan imtinanı nəzərdə tutur.
Powered by Froala Editor