Yaponiyada trans qadın gender markerini dəyişə bilər
Yaponiyada ilk dəfə məhkəmə trans qadının gender markerinin dəyişdirilməsinə icazə verib
15/Jul/24
523
Yaponiyada trans qadın gender markerini dəyişə bilər
Yaponiyada ilk dəfə məhkəmə trans qadının gender markerinin dəyişdirilməsinə icazə verib.
Yaponiyanın Ali Məhkəməsi daha əvvəl fevral ayında trans kişi üçün oxşar qərar çıxarıb. İndi isə ilk dəfə olaraq trans qadına əməliyyat olmadan gender markerini dəyişməyə icazə verib.
Ərizəçi Yaponiyada məcburi cərrahiyyə əməliyyatı keçirmədən rəsmi sənədlərdəki gender markerini qanuni olaraq dəyişdirmək imkanı əldə edən ilk trans qadın olub, The Advocate xəbər verib.
Rəsmi sənədlərdəki gender markerini qanuni olaraq dəyişdirmək üçün Yaponiyada translara “cinsi identifikasiyanın pozğunluqları” diaqnozu qoyulmasını və reproduktiv orqan əməliyyatı keçirməsini tələb edən qanun var.
Powered by Froala Editor