Drag-queen Yüksək Səviyyəli Siyasi Forumda iştirak edib
Envy Peru Qürurun Gücü - “Qayğının kuir gələcəyi” tədbirinə ev sahibliyi edib
21/Jul/24
440
Drag-queen Yüksək Səviyyəli Siyasi Forumda iştirak edib
"Drag Race Holland" yarışmasının qalibi və "Make Up Your Mind" yarışmasının baş hakimi perulu hollandiyalı drag-queen Envy Peru dünya liderlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) həyata keçirilməsini müzakirə etdiyi siyasi tədbir - 2024-cü il Yüksək Səviyyəli Siyasi Forum zamanı ilk drag sənətçilərindən biri kimi Birləşmiş Millətlər Təşkilatına (BMT) daxil olur. Bu barədə COC Netherlands təşkilatı LinkedIn hesabında paylaşım edib.
“Drag müxtəlifliyə və inklüzivliyə töhfə verən və “heç kimi geridə qoyma” konsepsiyasını təcəssüm etdirən özünüifadə və siyasi aktivlik formasıdır," - deyə Envy Peru qeyd edib.
Nyu-Yorkdakı iştirakı çərçivəsində Envy Peru Qürurun Gücü - “Qayğının kuir gələcəyi” tədbirinə ev sahibliyi edib. Ermənistan, Keniya, Namibiya, Nepal, Uqanda və Zimbabvedən olan fəallarla yanaşı, o, öz həyatından hekayələr paylaşıb və hər kəs üçün inklüziv gələcək arzulayıb.
Bu tədbir COC Netherlands, Pan Africa ILGA, ILGA Asia, ILGA World, UN Women, UNDP və Niderland Krallığının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilib.
Drag sosial-iqtisadi və siyasi narrativlərə qarşı çıxmaq qabiliyyətinə malikdir. Bir sənət növü olmaqla yanaşı, həm də bir müqavimət növüdür və drag mədəniyyətinin siyasəti var. BMT forumunda drag təqdimatı dünyamızın qayğıya əsaslanan kuir gələcəyə ehtiyacı olduğuna güclü xatırlatma edib.
Powered by Froala Editor