Deportasiya edilən miqrant trans qadın öldürülüb
Türkiyədən deportasiya edilən miqrant trans qadın öldürülüb
28/Jul/24
498
Türkiyədən deportasiya edilən miqrant trans qadın öldürülüb
Adana LGBTİ+ Dayanışması bir müddət əvvəl sosial mediada hədəfə alınan və deportasiya edilən suriyalı trans qadın M.E.-nin öldürüldüyünü açıqlayıb.
Adana LGBTİ+ Dayanışması bir müddət əvvəl sosial mediada HİV statusu açıqlanaraq hədəfə alınan və deportasiya edilən qaçqın trans qadının öldürüldüyünü açıqlayıb. Bu barədə KaosGL məlumat verib.
İyulun 5-də sosial şəbəkələrdə suriyalı trans qadının HİV-ə yoluxduğu açıqlanıb. Qaçqın trans qadın M.E-ni hədəf alan irqçi və HİV-fobik ifadələr onun deportasiya edilməsi ilə nəticələnib.
Adana LGBTİ+ Dayanışması sosial mediada verdiyi açıqlamada bunları deyib:
“Adanada suriyalı trans qadının şəxsi sağlamlıq məlumatları icazəsiz paylaşılıb və o, nifrət dolu ifadələrə məruz qalıb. Bu halda onun şəxsi hüquqları və şəxsi toxunulmazlığı pozulub. Hadisələrdən sonra trans qadın M.E Cilvegözü Sərhəd Qapısından deportasiya edilib. Təəssüf ki, onun 5 gün əvvəl həyatını itirdiyini öyrəndik. Türkiyənin LGBTİQ+ sığınacaq axtaranlar və qaçqınlar üçün “təhlükəsiz ölkə” kimi tanınmasından dərhal imtina edilməlidir”.
Powered by Froala Editor