Paris 2024: Lezbiyan DJ ölüm və zorlama ilə hədələnib
Olimpiadanın açılışında drag-şouda iştirak edən lezbiyan DJ ölüm və zorlama ilə hədələnib
02/Aug/24
413
Olimpiadanın açılışında drag-şouda iştirak edən lezbiyan DJ ölüm və zorlama ilə hədələnib
DJ Barbara Butch Paris Olimpiadasının açılış mərasimindən sonra aldığı ölüm və zorlama təhdidlərindən danışıb: “Bütün həyatım boyu qurban olmaqdan imtina etmişəm: susmayacağam”.
Paris Olimpiadasının açılış mərasimində drag-şouda iştirak edən DJ Barbara Butch "son dərəcə şiddətli kiber təqib və qarayaxma kampaniyasının" hədəfinə çevrildiyini açıqlayıb.
Vəkili sosial media hesabından verdiyi açıqlamada lezbiyan DJ-nin "ölüm, işgəncə və təcavüzlə hədələndiyi" bildirib.
Butch dörd saat davam edən mərasimdə iştirak edən çoxlu kuir sənətçilər və drag ifaçıları arasında olub və qrup qısa bir müddətdə masa arxasında birlikdə pozalar verib. Butch sağçı siyasətçilərin və sosial media trollarının hədəfinə çevrilməsi ilə bağlı hüquqi addım atacağını açıqlayıb.
Məşhur DJ açıqlamasında: "Mən həmişə DJ-liyim və aktivizmimlə sevgi və inklüzivliyi təbliğ etmişəm. Mənim üçün dünya dağılarsa belə, onu xilas edəcək şey də budur", - deyib.
Powered by Froala Editor