Elliot Page anti-trans qanunlarına reaksiya verib
Elliot Page-in ABŞ-da anti-trans qanunlara reaksiyası: “Açıq-aşkar yalanlar yayılır”
04/Aug/24
762
Elliot Page-in ABŞ-da anti-trans qanunlara reaksiyası: “Açıq-aşkar yalanlar yayılır”
Aktyor Elliot Page cəmi altı ay ərzində 527 anti-LGBTQİ+ qanun layihəsinin təqdim olunduğu ABŞ-da anti-trans dalğasına qarşı çıxmaq üçün insanları “həqiqətən də, trans gəncləri dinləməyə” çağırıb.
Məşhur aktyor Elliot Page ABŞ-da LGBTQİ+ların üzləşdiyi problemlərdən və siyasi ab-havadan danışıb. “The View” televiziya proqramında iştirak edən Page ABŞ seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının transları və xüsusilə də, trans uşaqları hədəf alan siyasətini dəyərləndirib.
Page yeniyetməlik dövründə hormon blokerlərinin istifadəsini qadağan edən qanunların "yanlış məlumatlara" əsasən hazırlandığını və "bu qanunvericilik dalğasından inanılmaz dərəcədə kədərləndiyini, qəzəbləndiyini və qorxduğunu" söyləyib. İnsanların əksəriyyətinin heç bir trans insanı tanımadığını bildirən məşhur aktyor əlavə edib: "Həyatımız, kim olduğumuz və səhiyyə xidmətləri haqqında yanlış məlumatlar və açıq yalanlar yayılır."
Powered by Froala Editor