Şell (Shell): LGBTİ işçilərimizi dəstəkləməkdən qürur duyuruq
Dünyanın ən böyük neft-kimya şirkətlərindən biri olan Şell LGBTİ əməkdaşlarını dəstəklədiyini açıqladı
14/Mar/19
3455
Dünyanın ən böyük neft-kimya şirkətlərindən biri olan Şell rəsmi saytının “karyera” səhifəsində şirkətin gender kimliyi və seksual oriyentasiya əsaslı heç bir ayrı-seçkilik etmədiyini söylədi və LGBTİ işçiləri ilə qürur duyduğunu açıqladı
Şell saytında bunları qeyd etdi: “İşçilərimiz mükəmməl olduqda, biz də mükəmməl olacağıq. Bu səbəbdən, lezbiyan, gey, biseksual və transgender (LGBT) işçilərimizə dəstək olmaqdan qürur duyuruq, seksual oriyentasiyadan və ya gender kimliyindən asılı olmayaraq işçilər üçün bərabərliyi təmin edirik.”
70-dən çox ölkədə orta hesabla 86000 işçisi olan Şellin LGBTİ əməkdaşlarının hüquqlarına göstərdiyi diqqəti ekologiyaya göstərməməsi dünya mətbuatında geniş müzakirə olunur. Şirkət 2016-cı ildə Meksika körfəzində neft sızıntısı ilə gündəmə gəlmişdi. Bundan əlavə, Nigeriyada Oqoni xalqının yaşadığı ərazi Şellin yaratdığı çirklənmə səbəbindən məhv edilməkdədir.
Ayrı-seçkilik iqtisadi inkişafa təsir edir
Nәfәs LGBT Azәrbaycan Alyansı hәyata keçirdiyi araşdırmaya əsasən, mövcud iqtisadi tәcrid olunma mühitinin yaranmasına tәsir edәn faktorlardan biri də iş mühitidir. Azərbaycanda LGBTİ fərdlərinə qarşı diskriminasiya daha çox yayılmış və praktik olaraq, sosial cəhətdən hər hansı digər diskriminasiya növündən daha çox qəbulolunandır. Gender və oxşar normaların amansız ictimai quruluşu səbəbindən LGBTİ fərdlərinin iqtisadi potensialı həm də iş yerlərindən və iqtisadi üstünlüklərdən təcrid olunmaqla limitlidir. Seksual və gender azlıqlarına qarşı diskriminasiyanın onların ailələri üzərində də açıq şəkildə təsirləri var. Belə ki, seksual və ya gender azlıqlarının bir parçası kimi görünən bir ailə üzvünün varlığına görə bütün ailə üzvləri əziyyət çəkir. LGBTİ insanlar iki növ ayrı-seçkilik ilə üzləşirlər: 1) iş yerinə qəbul olmaq istəyərkən təcrid olunma, 2) işləyərkən LGBTİ fərdləri qısnamaya məruz qalırlar və işdə irəliləyiş üçün daha az imkanları olur. Orta hesabla, LGBTİ fərdləri heteroseksual cisgenderlərdən daha az gəlir qazanır və yoxsulluqda daha çox yaşayırlar. Gey kişilər lezbiyanlardan daha çox qazanır, sözsüz ki, daha ağır şəraiti olan transgender insanlardan da.