Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü
Bu gün Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günüdür
25/Nov/24
386
Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü
Qadın hüquqları müdafiəçiləri 1981-ci ildən 25 noyabr tarixini gender əsaslı zorakılığa qarşı mübarizə günü kimi qeyd edirlər. Bu tarix 1960-cı ildə ölkə başçısı Rafael Truxilonun əmri ilə vəhşicəsinə qətlə yetirilən Dominikan Respublikasından olan üç siyasi fəal Mirabal bacılarının xatirəsini anmaq üçün seçilib. (1930-1961).
20 dekabr 1993-cü ildə BMT-nin Baş Assambleyası 48/104 saylı qətnamə ilə Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Bəyannaməni qəbul edib və bu, bütün dünyada qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılmasına yol açıb.
Nəhayət, 7 fevral 2000-ci ildə BMT-nin Baş Assambleyası 54/134 saylı qətnamə ilə rəsmi olaraq 25 noyabr tarixini Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günü kimi təyin edib və bununla bağlı hökumətləri, beynəlxalq təşkilatları, eləcə də QHT-ləri bir araya gəlməyə və hər il həmin tarixdə ictimai məlumatlılığı artırmaq üçün nəzərdə tutulmuş tədbirlər təşkil etməyə dəvət edib.
Qadınlara və qızlara qarşı zorakılıq dünyada insan haqlarının ən geniş yayılmış pozuntu növlərindən biri olaraq qalır. Bu faciə sinfi, irqi, etnik, kuir kimlik və s. səbəblərlə daha da güclənir. Müharibələr, pandemiya, iqlim böhranı kimi fəlakətlər də gender əsaslı ayrı-seçkiliyi aktuallaşdırır.
Trans qətlləri də daxil olmaqla, çoxsaylı femisidlərin, məişət zorakılığı və zorla evləndirilmə hallarının geniş yayıldığı Azərbaycanda biz gender əsaslı zorakılığın bütün növlərinin aradan qaldırılması üçün effektiv profilaktika və operativ cavab tədbirləri, əhatəli və işlək qanunlar, o cümlədən anti-diskriminasiya haqqında qanunun qəbulunu tələb edirik.
Qadın* krizis mərkəzləri yaradılmalı və onlara dəstək verilməli, zərərçəkənlərə hüquqi və psixoloji yardımların göstərilməsi üçün resurslar ayrılmalıdır. Mühafizə orderlərinin verilməsi tezləşdirilməlidir. Qadınlar* arasında işsizliyin aradan qaldırılması, onların təhsilə, səhiyyəyə və digər xidmətlərə çıxışının artırılması üçün tədbirlərin görülməsi onların zərərverici və zorakı mühitdən qurtulmalarına vasitə olacaqdır.
Gender əsaslı zorakılıqla mübarizə bizim hər birimizin fəal iştirakını tələb edir.
Powered by Froala Editor