Corc və Amal Kluni dünyanın LGBTİ insanlara və digər qruplara təzyiq edən təhqiqat və məhkəmə salonlarına nəzarət etmək üçün yeni bir proqram hazırlayır.

Reuters agentliyinin verdiyi məlumata əsasən, onların Ədalət naminə Kluni Fondunun TrialWatch (Təhqiqat İzləmə) proqramı bu il başlayır.

Layihə məhkəmə proseslərini izləmək və hansı ölkələrin azlıqlara, eləcə də hökumət tənqidçilərinə təzyiq üçün məhkəmə zallarından istifadə etdiyini izləmək üçün bir indeks yaratmaq məqsədi daşıyır.

57 yaşlı Corc Kluni məhkəmə zallarının “həqiqətən çürük şeylər” etmək üçün istifadə oluna biləcəyini söylədi. TrialWatch bu qlobal məhkəmə proseslərində baş verənlərə 'bir işıq saçmaq' üçün yaradılır.

Amal Kluni Edinburqda təşkil edilən bir tədbirdə: “Hazırda qeydlər başladıqdan sonra dünyada həbs olunmuş jurnalistlərin sayı ən yüksək həddədir”, -  şərhini vermişdi.

41 yaşlı Amal Kluni beynəlxalq hüquq müdafiəçisidir. O, Dofti Strit Çemberdə (Doughty Street Chamber) vəkildir və Vikiliksin təsisçisi Yulian Assancın maraqlarını təmsil edir. 

Təşkilatın missiyası nifrətlə hədəflənən marjinal və həssas icmalar üçün ədalətin inkişafını müdafiə etməkdir; öyrənmək imkanından məhrum olan məcburi köçkün uşaqlara ədalət; xaricdə həyatlarını bərpa etmək istəyən qaçqınlara ədalət.


Mənbə: GayStarNews