LGBTQİ+ aktivistləri haqqında etibarlı məlumat yoxdur
25 Kasım Kadın Platforması: “Əli Məlikov, Pərvin Ələkbərov və mühacir qadın dostumuz haqqında etibarlı məlumat ala bilmirik”
27/Nov/24
191
25 Kasım Kadın Platforması: “Əli Məlikov, Pərvin Ələkbərov və mühacir qadın dostumuz haqqında etibarlı məlumat ala bilmirik”
Platformanın sosial media hesablarından verdiyi açıqlamada “Dostlarımızın sağlamlığından narahatıq və onların deportasiya təhlükəsi ilə üzləşdiyini bilirik” ifadələri işlədilib.
25 Kasım Kadın Platforması 25 Noyabr Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günündə saxlanılan Əli Məlikov, Pərvin Ələkbərov və mühacir qadından xəbər ala bilmədiklərini və vəkillə məsləhətləşməyə nail olmadıqlarını açıqlayıb. Platformanın sosial media hesabında etdiyi bəyanatda belə deyilir:
25 Noyabr Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günündə Taksimdə polis zorakılığı ilə saxlanılan mühacir dostlarımız Əli Məlikov, Pərvin Ələkbərov və mühacir qadın dostlarımız haqqında etibarlı məlumat əldə edə bilmirik və hələ də, vəkillə məsləhətləşə bilməmişik. Arnavutköy Repatriasiya Mərkəzinə köçürüləcəyi deyilən dostlarımızın bu gün Çatalca İnceğiz GGM-ə aparılacağı deyilir. Biz dostlarımızın sağlamlığından narahatıq və onların deportasiya təhlükəsi olduğunu bilirik. Saxlanılanların dərhal azad edilməsini tələb edirik. Mühacir qadınlara və LGBTİ+lara qarşı zülmə son qoyulsun!”
Powered by Froala Editor