Rusiyada kuirlərə səyahət turları satdığı deyilən biznesmen saxlanılıb

Noyabrın 30-u Moskvada “Man Travel” turizm şirkətinin 48 yaşlı direktoru Andrey Kotov LGBT icmasının üzvləri üçün Rusiya daxilinə və xaricinə səyahətlər təşkil etmək şübhəsi ilə saxlanılıb (LGBT hərəkatı RF ərazisində ekstremist elan edilib və qadağan olunub). Bu haqda TASS xəbər agentliyinə hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Saxlanılan şəxsin “qeyri-ənənəvi seksual dəyərlərin tərəfdarlarını” Yeni il bayramı üçün Misirə səfərini hazırladığı deyilir. O, RF CM-in 282.2-ci maddəsinin 2-ci hissəsi üzrə (ekstremist fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar barəsində məhkəmə tərəfindən verilmiş və qanunla qüvvəyə minmiş ləğv qərarı olan dini təşkilatın fəaliyyətində iştirak) ittiham olunur. Andrey Kotov ittihamları rədd edib. 

Müdafiə tərəfi bildirib ki, istintaq onun həbsi üçün yetərincə sübut təqdim etməyib, cinayət işində isə Kotovun LGBT hərəkatı nümayəndələri üçün turlar təşkil etdiyi təsdiq edilməyib.

Açıq məlumatlara görə, “Man Travel” turizm şirkəti 2024-cü ilin martında qeydiyyatdan keçib. Rəsmi fəaliyyət növü əyləncə-tamaşa xarakterlidir. 

Powered by Froala Editor