Rusiya Federasiyası gey turların təşkilatçısını ekstremist elan edib

Geylər üçün səyahət turları təşkil edən turizm agentliyinin rəhbəri Rosfinmonitorinq tərəfindən tərtib edilən terrorçu və ekstremistlərin reyestrinə daxil edilib. Bu barədə ParniPlus məlumat verib.

Rosfinmonitorinq dekabrın 2-də həbs olunduqdan sonra Men Travel turizm agentliyinin direktoru Andrey Kotovu terrorçuların və ekstremistlərin reyestrinə daxil edib.

Kotov LGBTQİ+ icması üçün Volqa boyu səyahət və Misirə tur da daxil olmaqla səyahət təşkil etdiyi "ekstremist təşkilat" fəaliyyəti ilə bağlı saxlanılıb.

Kotov ittihamı qəbul etmir və iddia edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan axtarış zamanı ona fiziki zorakılıq edilib. O, iki zabit tərəfindən döyülüb. Biri onun üzünə vurub, digəri isə səsli tapançadan istifadə edib. Hazırda Kotov istintaq təcridxanasındadır və orada karserə köçürülüb. Onun işinin təfərrüatları məlum deyil.



Powered by Froala Editor