Rusiyada “LGBT təbliğatı”na görə 188 cərimə kəsilib
Rusiyada il yarım ərzində “LGBT təbliğatı”na görə 188 cərimə kəsilib
08/Jan/25
240
Rusiyada il yarım ərzində “LGBT təbliğatı”na görə 188 cərimə kəsilib
Rusiyada 2023-cü ildə və 2024-cü ilin birinci yarısında “qeyri-ənənəvi cinsi əlaqənin təbliği”nə görə 188 cərimə tətbiq edilib. Bütün cərimələrin məbləği təxminən 30 milyon rubl təşkil edib. Bu barədə TASS Rusiya Federasiyası Ali Məhkəməsinin Məhkəmə Departamentinə istinadən məlumat yayıb.
2023-cü il üçün 66 fiziki, 14 hüquqi və 26 vəzifəli şəxsə cərimə tətbiq edilib, cərimələrin ümumi məbləği 16,204 milyon rubl təşkil edib. 2024-cü ilin birinci yarısı üçün 59 fiziki şəxs, 13 hüquqi və 18 vəzifəli şəxsə cərimə tətbiq edilib, cərimələrin ümumi məbləği 13,7 milyon rubl təşkil edib.
İl yarım ərzində bu maddələrlə məsuliyyətə cəlb olunanlar arasında 12 nəfər əcnəbi olub, Rusiya məhkəmələri də onlara inzibati qaydada deportasiya qərarı verib, onlardan yeddisi inzibati həbs edilib.
Rusiyada 2024-cü ildə “LGBT təbliğatına” görə cərimələr 25 milyon rublu ötüb. "LGBT təbliğatına" görə minimum cərimə 50 min rubl təşkil edib.
Powered by Froala Editor