McDonald's iş yerində inklüzivlik siyasətindən geri çəkilir

Fast-food nəhəngi McDonald's iş yerlərində inklüzivlik səylərindən geri çəkilmiş şirkətlər sırasına qoşulub.

McDonald's iş yerində bərabərlik, ədalət və inklüzivliyi təşviq etmək səylərində geri addım atacağını açıqlayıb.

Bu qərar ABŞ-da JPMorgan Chase, məişət əşyaları satan Lowe's və motosiklet istehsalçıları Harley Davidson və Ford Motor Company kimi şirkətlərin oxşar qərarlarından sonra verilib. Bu qərarla McDonald's bərabərlik, ədalət və inklüzivlik səylərindən geri çəkilən ən son böyük şirkət olub. 

Şirkətdən bildirib ki, bu qərar “proqramlarını yenidən qiymətləndirən digər şirkətlərlə” müqayisələrdən sonra verilib.

McDonald's rəhbərləri işçilərə ünvanladığı açıq məktubda hələ də inklüzivliyə sadiq qaldıqlarını, lakin yüksək səviyyəli rəhbərlik üçün xüsusi müxtəliflik hədəflərini aradan qaldıracaqlar və təchizatçıları azlıq qruplarından öz liderlərini artırmağa təşviq edən proqramı bitirəcəklərini yazıblar.

Powered by Froala Editor