Qazaxıstan “LGBT təbliğatını” qadağan etməyi təklif edib
Homofobik təkliflə Məclisin deputatı Edil Janbirşin çıxış edib
31/Jan/25
337
Qazaxıstan “LGBT təbliğatını” yenidən qadağan etməyi təklif edib
Homofobik təkliflə Məclisin deputatı Edil Janbirşin çıxış edib.
Qazaxıstanda parlamentin deputatı Edil Janbirşin “bütün platformalarda LGBT təbliğatına” qadağa qoyulmasını tələb edib. Onun fikrincə, 50 min imza toplayan homofob petisiyanın tələblərini dəstəkləmək lazımdır.
Xatırladaq ki, avqust ayında Qazaxıstanda “Biz Qazaxıstanda LGBT-nin açıq və gizli təbliğatının əleyhinəyik” petisiyasının ictimai müzakirəsi keçirilib. Petisiyanın yaradıcısı Qazaxıstan Valideynlər Birliyinin sədri Baqila Baltabayevadır.
Edil Janbirşin keçən ilki petisiyanı xatırladıb və vurğulayıb ki, “cəmi iki həftə ərzində petisiya 50 min imza toplayıb”. O hesab edir ki, bu, Qazaxıstan xalqının mövqeyini göstərir - “[LGBT] bizim milli kimliyimizə yaddır, xalq açıq şəkildə LGBT-yə qarşı çıxır”.
Powered by Froala Editor