Özbəkistanda anti-LGBTQİ+ “təbliğat” qanunu müzakirədə
Özbəkistan anti-LGBTQİ+ “təbliğat” qanunları olan ölkələr siyahısına qoşulmağa hazırlaşır
19/Nov/24
338
Özbəkistan anti-LGBTQİ+ “təbliğat” qanunları olan ölkələr siyahısına qoşulmağa hazırlaşır
Özbəkistan yeni anti-LGBTQİ+ təbliğat qanununu gündəmə gətirən ən son ölkədir və kuir insanlara və onların həyatlarına qarşı təzyiq göstərən ölkələr siyahısına qoşulur.
Hakim Milliy Tiklanish (Milli Dirçəliş) Partiyasının lideri Alisher Qodirov özünün Telegram kanalında ölkədə LGBTQİ+ məzmununu qadağan edən qanunlar hazırlandığını bəyan edib. Bu barədə The Times of Central Asia yazıb.
"Xəstəliyin mərkəzindəki dəyişiklik çox yaxşıdır" deyə o, ABŞ-ın seçilmiş prezidenti Donald Trump-ın qızı İvankanın atasının "uyğun olmayan seksual məzmunu" və “transgender ideologiyası” təbliğ edən məktəblərə federal maliyyəni kəsəcəyini bildirən yazısını paylaşaraq qeyd edib.
Qodirov əlavə edib: “Biz bununla bağlı hər cür təbliğatı qadağan edən qanunun qəbulu üzərində işləyirik”.
Özbəkistanda kişi homoseksuallığı qeyri-qanunidir, kişiləri eynicinsli akstlara görə üç ilə qədər həbs gözləyir və qanunla ayrı-seçkilikdən müdafiə yoxdur.
Lakin Özbəkistan son illərdə bu cür qanunvericilik tətbiq edən ilk ölkə deyil. Bundan əvvəl Rusiya, Macarıstan, Bolqarıstan, Gürcüstan və Qazaxıstan da anti-LGBTQİ+ təbliğatı qanunu qəbul edib və ya qəbul edəcəyini vurğulayıb.
Qeyd edək ki, anti-LGBTQİ+ qanun layihəsi Azərbaycanda siyasi müzakirələrə səbəb olub. Bu barədə hökümətyönlü medialarda davamlı məqalələr dərc olunub. Məqalələrdə məqsəd vəzifəli şəxslərdən bu qanunun Azərbaycanda da irəli sürülməsini dəstəkləyən mesajlar almaq olub.
Powered by Froala Editor