Slovakiya Konstitusiyada iki cinsin təsbit edilməsini istəyir
Robert Fico bu qərarın "çoxdan gecikmiş" olduğuna inanır
31/Jan/25
322
Slovakiyanın baş naziri Konstitusiyada iki cinsin təsbit edilməsini istəyir
Robert Fico bu qərarın "çoxdan gecikmiş" olduğuna inanır.
Slovakiyanın baş naziri Robert Fico ölkə konstitusiyasında yalnız iki cinsi: kişi və qadını tanıyan müddəanı təsbit etmək planlarını açıqlayıb. O, bu açıqlamanı “Şənbə dialoqları” verilişinin efirində verib.
Onun fikrincə, bu qərar “çoxdan gecikib” və heç kimin özünü “vertolyot, pişik və ya it” elan etməməsini təmin etmək lazımdır. Bununla da o, Donald Trump-ın yanvarın 20-də verdiyi bəyanata istinad edib. ABŞ prezidenti bəyan edib ki, bundan sonra ABŞ-da yalnız iki cinsin tanınması nəzərdə tutulur. Fico Trump-ı tərifləyib və bunun düzgün qərar olduğunu bildirib.
Powered by Froala Editor