HBO seriyalı Taxt-Tac Oyunlarında (Game of Thrones) Hodoru oynayan məşhur aktyor Kristian Nairn Şimali İrlandiyanın LGBTİ hüquq qeydlərini tənqid etdi.


Lisburn şəhərində anadan olan aktyor Reuters agentliyinə müsahibəsində Birləşmiş Krallığın qalan hissələrindən fərqli olaraq, Şimali İrlandiyada hələ də nikah bərabərliyinin qarşısında dayanan qadağanın mövcudluğunu tənqid edib.

"Bizim həmişə bu kimi sosial məsələlərdə kiçik bir addım da olsa geridə qalmağımız məni çaşdırır", - deyərək, 2013-cü ildən bəri Birləşmiş Krallığın qalan hissəsində olduğu kimi Şimali İrlandiyada da nikahın bərabərliyini qanuniləşdirməyə çağırıb.


"Şimali İrlandiya ilə bağlı çox gözəl şeylər var, lakin gey hüquqları məsələləri onlara daxil deyil".


Şimali İrlandiyada eynicinsli cütlüklər yalnız vətəndaş nikahına girə bilərlər. Son sorğular həm vətəndaşlar arasında, həm də Şimali İrlandiya Assambleyasında bərabər nikah üçün geniş dəstəyin olduğunu göstərir.

Mənbə: PinkNews