Tunisdə LGBTQİ+lara qarşı təzyiqlər artıb
Tunisdə sentyabr-yanvar ayları arasında seksual oriyentasiya və ya gender kimliklərinə görə 84 nəfər mühakimə olunub və həbs edilib
12/Feb/25
339
Tunisdə LGBTQİ+lara qarşı təzyiqlər artıb
Tunisdə sentyabr-yanvar ayları arasında seksual oriyentasiya və ya gender kimliklərinə görə 84 nəfər mühakimə olunub və həbs edilib.
Amnesty International təşkilatının bəyanatında deyilir: “Tunis hakimiyyəti həbs olunanların hamısını dərhal və qeyd-şərtsiz azad etməlidir.”
Tunisdə LGBTQİ+lara qarşı təzyiqlər ictimai gündəmdədir. Tunisin Ədalət və Bərabərlik naminə Damj QHT Assosiasiyasının məlumatına görə, əksəriyyəti homoseksual kişilər və transqadınlardan ibarət ən azı 84 nəfər seksual oriyentasiya və ya gender kimliklərinə görə əsassız həbs edilib və mühakimə olunub. Tunisdə saxlanma və həbslər 26 sentyabr 2024-cü ildən 31 yanvar 2025-ci il tarixləri arasında Tunis, Hammamet, Sousse və El Kef şəhərlərində baş verib.
Tunisin cinayət məcəlləsi homoseksuallığı cinayət hesab edir və üç ilə qədər həbs cəzası nəzərdə tutur.
Amnesty İnternational həbslərin artmasının 13 sentyabr 2024-cü ildə başlayan genişmiqyaslı onlayn kampaniyadan sonra olduğunu bildirib. Kampaniya Tunis prezidenti Kays Saidi dəstəkləyənlər də daxil olmaqla yüzlərlə sosial media səhifəsində LGBTQİ+ fəallarını və təşkilatlarını hədəf alan homofob və transfob nifrət nitqini əhatə edib.
Powered by Froala Editor