ILGA-Avropa kampaniya başlayıb
ILGA-Avropa AB-nin ayrı-seçkiliyə qarşı qanun layihəsini geri çəkməsinə qarşı kampaniya başlayıb
16/Apr/25
194
ILGA-Avropa AB-nin ayrı-seçkiliyə qarşı qanun layihəsini geri çəkməsinə qarşı kampaniya başlayıb
"Təklif olunan direktivin uyğun alternativ olmadan ləğv edilməsi AB-nin reputasiyasına ciddi ziyan vuracaq və milyonlarla insanı ayrı-seçkiliyə məruz qoyacaq."
Fevral ayında Avropa Komissiyası AB Horizontal Bərabər Rəftar Direktivi kimi tanınan ayrı-seçkiliyə qarşı qanun layihəsini geri çəkəcəyini açıqlayıb. Bu qanun layihəsi səhiyyə, təhsil, mənzil və bir çox digər sahələrdə ayrı-seçkiliyə qarşı mübarizə məqsədi daşıyır. Qanun layihəsi dinə və ya əqidəyə, əlilliyə, yaşa və seksual oriyentasiyaya görə ayrı-seçkiliyə qarşı daha güclü müdafiəni təmin etmək məqsədi daşıyır və həyatın bütün sahələrində təcridolunma riski altında olan bütün qruplara hərtərəfli müdafiənin genişləndirilməsinin əsasını qoyur.
Minority Azərbaycanın da üzvü olduğu ILGA-Avropa təşkilatı All Out, AGE Platform Europe, EL*C, ENAR, ERGO Network, IGLYO, OII Acropa və TGEU ilə birlikdə Avropa Komissiyasını qanun layihəsini geri çəkməməyə çağıran petisiya başladıb.
"Bu addım AB və onun hüdudlarından kənarda ifrat sağçı qüvvələrin gücləndiyi və bütün qitədə demokratiya, bərabərlik və insan hüquqlarına qarşı ciddi təhlükə yaratdığı bir vaxta təsadüf edir. Marjinallaşma riski olan qrupları - LGBTİ+ insanları, yaşlı insanlar və gənclər, əlillər, dini azlıqlar və o cümlədən, ayrı-seçkilik subyektlərini qorumaq üçün qətiyyətli addımlar atmaq əvəzinə, Avropa Komissiyası fəaliyyətsiz qalmağı seçdi. Bu, bərabərliyin sövdələşməyə açıq olması ilə bağlı təhlükəli mesaj göndərir”, - deyə kampaniyada iştirak edən təşkilatlar bildirib.
İmza kampaniyasına qoşulmaq üçün bura klikləyin.
Powered by Froala Editor