Trump-ın “böyük gözəl qanunu” trans səhiyyə xidmətinə hücumu da əhatə edir

ABŞ Nümayəndələr Palatası “One Big Beautiful Bill Act” (“Bir Böyük Gözəl Qanun Layihəsi”) adlı əhatəli vergi və xərclər qanununu cüzi fərqlə qəbul edib. Bu qanun trilyonlarla dollar yeni borc yaradır və sığorta proqramları vasitəsilə transların səhiyyə xidmətinə çıxışını azaldır.

Qütbləşdirici müzakirələrdən sonra 1000 səhifədən çox olan bu qanun layihəsi 22 may cümə axşamı günü Respublikaçıların nəzarətində olan Palatada 215-214 səs nisbəti ilə qəbul edilib.

Bu “meqabill” vergi endirimləri, ordu və sərhəd təhlükəsizliyi üçün milyardlarla dollar maliyyə ayırır, eyni zamanda federal səhiyyə proqramlarında, o cümlədən genderə uyğun tibbi xidmətlərin ləğvində ciddi ixtisarlar nəzərdə tutur.

Qanuna əsasən, azgəlirli insanlara tibbi xidmət göstərən Medicaid və CHIP proqramları artıq bütün yaş qruplarından olan şəxslər üçün genderə uyğunlaşdırıcı xidmətləri maliyyələşdirə bilməyəcək. Bununla yanaşı, başqa bir müddəa da Obamacare proqramının gender keçidi prosedurlarını "əsas səhiyyə xidməti" kimi tanımamasını nəzərdə tutur.

UCLA Hüquq Fakültəsinin nəzdindəki Williams İnstitutunun məlumatına görə, təxminən 276,000 trans yetkin şəxs Medicaid proqramında qeydiyyatdadır, onların 14 faizi (38,000 nəfər) isə genderə uyğunlaşdırıcı tibbi xidmətlərin qadağan edildiyi ştatlarda yaşayır.

Powered by Froala Editor