Konstitusiya Məhkəməsi eyni-cinsli ailələri dəstəkləyib
İtaliyanın Konstitusiya Məhkəməsi eyni-cinsli ailələri dəstəkləyib
25/May/25
148
İtaliyanın Konstitusiya Məhkəməsi eyni-cinsli ailələri dəstəkləyib
Məhkəmə LGBTQİ+ icmasının valideynlik hüquqlarının tanınmasına doğru addım atıb.
İtaliyada Konstitusiya Məhkəməsi qərara alıb ki, lezbiyan cütlüyün uşağının doğum şəhadətnaməsində iki ana qeyd olunmalıdır. 2024-cü ildə cütlüyə “tam ikiqat valideynlik” hüququ verilməmişdi – bu qərar indi ləğv olunub.
Məhkəmənin qənaətinə görə, bioloji ana olmayan şəxsin hüquqi olaraq tanınmaması konstitusiyanın bərabərlik və şəxsi identiklik prinsiplərini pozur. Bundan əlavə, bu cür rədd qərarları uşağın hər iki valideyn tərəfindən qayğı, təhsil və davamlılıq hüquqlarını da pozur.
Qərar 2004-cü ildən qüvvədə olan və lezbiyan qadınların hər iki tərəfin razılığı olsa belə, hüquqi ana kimi qeydiyyata alınmasına imkan verməyən qanunun bir hissəsini ləğv edir. İndi ölkə xaricində süni mayalanma (EKO) yolu ilə uşaq sahibi olan eyni-cinsli cütlüklər İtaliyada qanuni valideyn kimi tanına biləcəklər.
Bununla belə, bu qərar İtaliyada EKO prosedurlarına çıxışla bağlı qüvvədə olan məhdudiyyətləri dəyişmir — bu prosedur hələ də yalnız heteroseksual cütlüklər üçün mümkündür. Buna baxmayaraq, yerli aktivistlər bu qərarı LGBTQİ+ icmasının valideynlik hüquqlarının tanınmasına doğru əhəmiyyətli bir addım kimi qiymətləndirirlər.
Powered by Froala Editor