IGLYO-nun 2025 LGBTQİ-İnklüziv Təhsil İndeksi yayımlayıb

Minority Azərbaycanın da üvz olduğu Beynəlxalq LGBTQİ Gənclər və Tələbələr Təşkilatı (IGLYO) LGBTQI İnklüziv Təhsil Xəritəsi və İndeksinin üçüncü buraxılışını yayımlayıb. 

İndeksdə Avropanın 49 ölkəsi 10 əsas göstərici əsasında qiymətləndirilib. Hesabat 2022-dən bəri çox az irəliləyiş olduğunu ortaya qoyub.

Daha da narahatedici hal odur ki, 7 ölkədə məktəblərdə LGBTQİ+ mövzularının qadağan edilməsi ilə bağlı qanunlar qəbul olunub. İndeks ölkələri 10 göstərici ürzə müqayisə edir. Bu göstəricilərə zorakılığın qarşısını alan mexanizmlər, inklüziv tədris proqramları və müəllim hazırlığı daxildir.

Azərbaycan indeksdə ən aşağı nəticə göstərən ölkələrdən biridir. Ölkə bütün göstəricilər üzrə sıfır xal toplayıb. Bu, LGBTQİ+ şagirdlər üçün heç bir qoruyucu və ya inklüziv siyasətin mövcud olmadığını göstərir.

Xəritəyə və Azərbaycanın göstəricilərinə buradan baxın

“Bəzi ölkələr inklüziv siyasətləri gücləndirsə də, digərləri LGBTQİ insanları sinif otaqlarından silməyə çalışır,” — deyə IGLYO xəbərdarlıq edib.

Təşkilat vətəndaş cəmiyyətini və müəllimləri təhsil sistemində dəyişiklik tələb etməyə və LGBTQİ daxilolmanın insan hüququ kimi tanınmasına çağırır.

Powered by Froala Editor