JK Rowling “Qadın Fondu” təsis edib
“Harry Potter” kitablarının müəllifi JK Rowling yeni bir qurum — JK Rowling Qadın Fondunu (JKRWF) — təsis edib
28/May/25
170
JK Rowling “Qadın Fondu” təsis edib
“Harry Potter” kitablarının müəllifi JK Rowling yeni bir qurum — JK Rowling Qadın Fondunu (JKRWF) — təsis edib. Bu fondun məqsədi "gender-kritik" hüquqi işlərə maliyyə dəstəyi göstərməkdir.
59 yaşlı Rowling translarla bağlı “gender-kritik” baxışları ilə tanınır və bu fondun yaradıldığını 24 may tarixində elan edib.
Fondun rəsmi veb saytında qeyd olunur ki, bu qurum “iş yerlərində, ictimai həyatda və qorunan qadın məkanlarında qadınların bioloji cinsə əsaslanan hüquqlarını qorumaq üçün mübarizə aparan” fərdlərə, təşkilatlara və qruplara maliyyə dəstəyi vermək məqsədilə yaradılıb.
Maliyyələşmə Rowling-in şəxsi vəsaitindən təmin olunacaq. Onun 2021-ci ilə olan sərvətinin ən azı 820 milyon funt sterlinq (1.1 milyard dollar) olduğu bildirilib.
Fondun hədəf qrupu aşağıdakılardır:
İfadə etdikləri inanclar səbəbilə məhkəmə və ya intizam tribunalı ilə üzləşən şəxslər;
Təkcinsli məkanlarla bağlı “qeyri-məqbul inklüzivlik siyasətlərinə” riayət etməyə məcbur edilənlər;
Qanunvericiliyə qarşı iddia qaldıraraq, qadınların haqlarının və müdafiəsinin əllərindən alınmasına etiraz edənlər;
Habelə hüquqi müdafiə üçün məhkəməyə müraciət etməyə imkanı olmayanlar.
JK Rowling Qadın Fondu bildirir ki, bu təşkilat xeyriyyə qurumu deyil və ianə qəbul etmir. Əvəzində, fondun məqsəd və meyarlarına uyğun olduğunu düşünən şəxslərə müraciət forması vasitəsilə uyğunluq yoxlamasından keçərək maliyyə yardımı üçün müraciət etmələri tövsiyə olunur.
Bu fondun yaradılması JK Rowling-in For Women Scotland (FWS) təşkilatına inaə etdiyini barəsində məlumatların təsdiqləməsindən sonra baş verib. Həmin təşkilat 2010-cu il Bərabərlik Aktında “qadın” və “cins” anlayışlarının tərifinə dair hüquqi mübahisə üçün maliyyə təmin edib. Nəticədə Böyük Britaniya Ali Məhkəməsi bu anlayışların “bioloji qadın” və “bioloji cins”lə əlaqəli olduğunu qərarlaşdırıb.
Powered by Froala Editor