Marvel şirkəti "Əbədi" (“The Eternals”) filmində gey superqəhrəmanın rolu üçün aktyor axtarmağa başlayıb. 


Bu barədə “Vice” məlumat yayıb. 

Mətbuatın verdiyi məlumata əsasən, bu rol üçün 30-49 yaş aralığında və açıq gey olan aktyor düşünülür.


Qeyd edək ki, "Əbədi" komiksində bütün qəhrəmanlar heteroseksualdır, buna görə də filmin yaradıcılarının yeni bir qəhrəman təqdim edəcəklərini və ya mövcud olan rolun seksual oriyentasiyasını dəyişəcəklərini demək mümkün deyil. 

Komiks güclü kosmik varlıqların - Tselestial sayəsində yaranmış insanüstü irqin və Deviant adlandırılan antoqonistlərlə qarşılıqlı əlaqələri haqqındadır.