Trump-ın "cəzalandırıcı" səfər qadağasının LGBTQ+lara zərəri
İnsan haqları təşkilatı ABŞ prezidenti Donald Trump-ın 12 ölkəyə tətbiq etdiyi yeni səfər qadağasının LGBTQ+lar və digər həssas qruplar üçün qeyri-proporsional təsirlərə səbəb olacağını bildirib
06/Jun/25
54
Trump-ın "cəzalandırıcı" səfər qadağası LGBTQ+lara qeyri-proporsional zərər verəcək
İnsan haqları təşkilatı ABŞ prezidenti Donald Trump-ın 12 ölkəyə tətbiq etdiyi yeni səfər qadağasının LGBTQ+lar və digər həssas qruplar üçün qeyri-proporsional təsirlərə səbəb olacağını bildirib.
78 yaşlı Trump 5 may cümə axşamı gecə saatlarında imzaladığı fərmanla bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a səfər etməsini qadağan edib.
Hazırda ABŞ-a girişinə qadağa qoyulmuş ölkələr bunlardır- Əfqanıstan, Myanma, Çad, Konqo-Brazzavil, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən.
Ağ Ev bu qərarı “xarici terrorçulardan qorunmaq” məqsədilə milli təhlükəsizliklə əlaqələndirib.
Lakin Human Rights First təşkilatından hüquqşünas Robyn Barnard bu addımı “həqiqətən cəzalandırıcı” adlandırıb və bildirib ki, ABŞ bu qadağa ilə əslində həmin ölkələri cəzalandırmaq istəyir.
BBC World Service-ə danışan Barnard — özü də “bir neçə dəfə immiqrant olmuş” biri olaraq — bildirib ki, bu səfər qadağası Trump-ın 2017-ci ildə prezidentliyinin ilk dövründə imzaladığı sərəncamı xatırladıb. Həmin sərəncam da İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəməndən olan vətəndaşların ABŞ-a 90 gün müddətində girişini qadağan etmişdi.
“Bu ölkələr arasında aydın bir ortaq nöqtə yoxdur,” – deyə Barnard vurğulayıb. O bildirib ki, bu ölkələri birləşdirən yeganə amil onların qadınlar, qızlar və LGBTQ+lar da daxil olmaqla müxtəlif qruplara qarşı repressiv siyasət yürütməsidir. Human Rights First təşkilatının sözlərinə görə, bu qadağa həmin ayrı-seçkiliyə məruz qalan insanların ABŞ-da yaxınları ilə birləşməsini mümkünsüz edəcək.
Barnard əlavə edib: “Bu qərar daha çox cəza məqsədi güdür və miqrasiya sistemimizdə daha çox xaos və nizamsızlıq yaratmağa yönəlib.”
Powered by Froala Editor