KaosGL.org saytına girişə qadağa qoyulub

Bu senzura ilə yanaşı, KaosGL təşkilatının bağlanan köhnə X hesabının yerinə açdığı @kaosglorg adlı yeni X hesabına da giriş məhdudlaşdırılıb.

KaosGL təşkilatının köhnə X hesabının bağlanmasından sonra, KaosGL.org adlı internet qəzetinin saytına da giriş qadağan edilib. İstanbul məhkəməsinin 26 iyun tarixli qərarı ilə KaosGL.org saytına girişə qadağa qoyulub. Sayt 2007-ci ildən bəri LGBTQİ+ xəbərləri yayan internet mediasıdır. Bu senzura ilə yanaşı, köhnə hesabın yerinə yaradılan @kaosglorg X hesabı da bloklanıb.

KaosGL qadağalarla bağlı bildirib

"Yayın fəaliyyətimizi davam etdirmək üçün işə başlamışıq. Ən qısa zamanda yenilənmiş şəkildə oxucularımızla yenidən görüşəcəyik.

Senzuraya inat, yaşasın həyat!"

Powered by Froala Editor