Qürur Yürüşündə onlarla insan saxlanılıb
Türkiyə polisi qadağan olunmuş Qürur Yürüşündə onlarla insanı saxlayıb
30/Jun/25
86
Türkiyə polisi qadağan olunmuş Qürur Yürüşündə onlarla insanı saxlayıb
Bazar günü İstanbulun mərkəzində Türkiyə polisi Qürur Yürüşündə iştirak etmək istəyən 30 nəfərə yaxın insanı saxlayıb. Bu barədə Reuters məlumat verib. Müxalifət siyasətçi deyib ki, hakimiyyət LGBTQ+ tədbirlərinə illərlə davam edən basqıların bir hissəsi kimi yürüşü qadağan edilib.
Reuters tərəfindən əldə edilən görüntülər polisin şəhərin mərkəzində əllərində göy qurşağı bayrağı tutan bir qrup aktivisti yığıb polis maşınlarına basmazdan əvvələ mübahisə etdiyini göstərir.
Yürüşdə iştirak edən kürd tərəfdarı DEM partiyasından olan millət vəkili Kezban Konukçu Reuters agentliyinə ən azı 30 nəfərin saxlandığını deyib.
Polis Reuters-in sorğusuna dərhal cavab verməyib.
İstanbul valiliyi daha əvvəl yürüşü qanunsuz hesab edib və tədbiri təşkil edən qrupların “qanunsuz” fəaliyyət göstərdiyini bildirib.
Səlahiyyətlilər 2015-ci ildən Türkiyənin ən böyük şəhərində Qürur yürüşlərini ictimai təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə qadağan edib.
Powered by Froala Editor