Belarus LGBTQİ+ “təbliğinə” cəza tətbiq edir
Belarus hökuməti “homoseksuallığın və cinsiyyət dəyişməsinin təbliğinə” görə cəza tətbiq etmək istəyir
12/Jul/25
84
Belarus LGBTQİ+ “təbliğinə” cəza tətbiq edir
Belarus hökuməti “homoseksuallığın və cinsiyyət dəyişməsinin təbliğinə” görə cəza tətbiq etmək istəyir.
Hökumət İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə etməyi təklif edib.
Belarusda hökumət İnzibati Xətalar Məcəlləsinə (İXM) homoseksual münasibətlərin, gender adaptasiyasını, övladsızlığın və pedofiliyanın “təbliği”nə görə cəza nəzərdə tutan yeni bir maddə əlavə etməyi təklif edib. Müvafiq qanun layihəsi artıq Nümayəndələr Palatasına təqdim olunub.
Qanun layihəsinə görə, vətəndaşlarda homoseksuallıq, transgenderlik və ya övladsızlıq haqqında “cəlbedici təsəvvür” yaradan informasiyanın yayılması 740 belarus rubluna qədər (təxminən 225 ABŞ dolları) cərimə ilə cəzalandırılacaq. Fərdi sahibkarlar üçün bu məbləğ 4900 rubla (təxminən 1500 dollar), hüquqi şəxslər üçün isə 7350 rubla (təxminən 2250 dollar) qədər ola bilər.
Əgər bu cür məlumatlarla azyaşlılar tanış olarsa, cəza daha da ağırlaşdırılacaq: 1110 rubla qədər cərimə, ictimai işlər və ya inzibati həbs. Fərdi sahibkarlar üçün cərimə 7350 rubla, hüquqi şəxslər üçün isə 9800 rubla qədər yüksələcək.
Belarusda “LGBT təbliğatının qadağan edilməsi” ilə bağlı müzakirələr artıq bir neçə ildir ki, davam edir. Fevral ayında baş prokuror Andrey Şved hakimiyyətin “təbliğata” görə inzibati məsuliyyət tətbiq etməyi planlaşdırdığını təsdiqləmişdi. O zaman o, qeyd etmişdi ki, bu cəzalara cərimələr və inzibati həbs daxil olacaq.
Powered by Froala Editor