Moskvada yeniyetmələr “gey təbliğatı”nda ittiham olunurlar

Moskva monastırında çəkilmiş prank videosuna görə yeniyetmələr “gey təbliğatı”nda ittiham olunurlar.

Moskva polisi Yekaterina Mizulinanın şikayətindən sonra üç yeniyetməni saxlayıb. Onlardan ikisi LGBTQ+ “təbliğatı” maddəsi ilə ittiham olunur, halbuki yalnız biri 18 yaşındadır.

TASS-ın Moskva DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, üç gənc Sretenski monastırında qadın geyimində xidmətə qatıldıqları və "inamlılara və din xadimlərinə təhqiramiz zarafatlarla sataşdıqları təxribat xarakterli" videoya görə saxlanılıb. Hadisə iyulun 18-də baş verib.

Dünən, iyulun 28-də “Təhlükəsiz İnternet Liqası”nın rəhbəri (Rusiyanın dövlət orqanı deyil) Yekaterina Mizulina həmin yeniyetmələrin videolarını yayaraq onları “transgender qrup” adlandırıb.

Zarafat edənlər iyulun 29-da saxlanılıb. DİN bildirib ki, üç nəfərdən ikisi yetkinlik yaşına çatmayıb. "Təbliğat"la bağlı 6.21-ci maddə üzrə protokol iki nəfər — böyüklərdən biri və yetkinlik yaşına çatmayanlardan biri barəsində tərtib olunub. Onları məhkəmə gözləyir. Üçüncü şəxsə qarşı iş isə Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Komissiyada baxılacaq.

Powered by Froala Editor