Plastik kimyəvi maddələrin insan sağlamlığına təsiri
Araşdırma nəticəsində güclü sübutlar üzə çıxıb - kimyəvi maddələr hələ ana bətnində olan körpələrə zərər verir
06/Sep/25
91
Plastik kimyəvi maddələrin insan sağlamlığına təsiri
The Washington Post son 20 ildə plastik kimyəvi maddələrin sağlamlığa təsiri ilə bağlı dərc olunmuş təxminən 50 elmi araşdırmanı nəzərdən keçirib və iyirmidən çox alim, keçmiş tənzimləyici orqan nümayəndəsi və sənaye rəsmisi ilə müsahibə aparıb.
Araşdırma nəticəsində güclü sübutlar üzə çıxıb - kimyəvi maddələr hələ ana bətnində olan körpələrə zərər verir. Bununla belə, plastik kimyəvi maddələr hələ də qida məhsullarında, tibbi ləvazimatlarda və şəxsi qulluq vasitələrində istifadə olunur.
Alimləri ən çox narahat edən məsələ hamiləlik dövründə bu maddələrə məruz qalmanın sonradan, xüsusilə kişilərdə sonsuzluğa səbəb olmasıdır.
“Şübhəli dəlillər mövcud olduqda tədbir görməyi nəzərdə tutan ehtiyatlılıq prinsipinə inanıram,” – deyə toksikoloq və ABŞ Milli Ətraf Mühit Sağlamlığı Elmləri İnstitutunun sabiq direktoru Linda Birnbaum bildirib. – “Nəyinsə baş verməsini gözləməyə ehtiyac yoxdur.”
Powered by Froala Editor