Qazaxıstanda anti-LGBTİ+ qanun layihəsi gündəmdə
Qazaxıstanlı deputatlar anti-LGBTİ+ qanun layihəsi təqdim etməyə hazır olduqlarını bildiriblər
06/Sep/25
50
Qazaxıstanda anti-LGBTİ+ qanun layihəsi gündəmdə
Qazaxıstanlı deputatlar anti-LGBTİ+ qanun layihəsi təqdim etməyə hazır olduqlarını bildiriblər.
İnsan hüquqları təşkilatlarından isə etiraz səsi gəlib: “Hər cür təşəbbüsü rədd edin.”
Qazaxıstanda fəaliyyət göstərən Milli Rifaha Dəstək Fondu (NEP) keçirdiyi sorğunun nəticələrinə əsaslanaraq iddia edib ki, respondentlərin 67,3 faizi “LGBT təbliğatının məhdudlaşdırılmasının tərəfdarıdır.” Deputatlar isə bu iddialara cavab olaraq anti-LGBTİ+ qanun layihəsi hazırlamağa hazır olduqlarını bəyan ediblər.
ILGA Avropa, IGLYO və Transgender Avropanın da daxil olduğu 5 beynəlxalq insan hüquqları təşkilatı Qazaxıstanda belə bir qanun layihəsinin hazırlanmasından və bununla bağlı atılan addımlardan narahatlıqlarını ifadə ediblər:
“Anti-LGBTİ+ “təbliğatı” qadağan edən hər hansı qanun layihəsinin irəli sürülməsi, Qazaxıstanda ifadə azadlığını, ayrı-seçkiliyə yol verilməməsini və məlumata çıxış hüquqlarını ciddi şəkildə zədələyəcək. Biz Qazaxıstan Hökumətini və Parlamentini, konstitusion təminatlara və beynəlxalq insan hüquqları öhdəliklərinə — o cümlədən BMT-nin 2024–2025 Universal Dövri İcmal (UPR) dövrü çərçivəsində verilmiş son öhdəliklərə — əməl etməyə və bu cür qanun layihəsini hazırlamaqdan və qəbul etməkdən çəkinməyə çağırırıq.”
Powered by Froala Editor