Trans aktivist Alex Şah Kişinyov hava limanında təzyiqə məruz qalıb

Trans hüquqları müdafiəçisi Alex Şah Kişinyov hava limanında transfobiya və pis rəftara məruz qaldığını bildirib. 

Onun sözlərinə görə, polis və pasport nəzarətçiləri adını və görkəmini rus dilində ələ salaraq, təhqiramiz ifadələr işlədib və onu qrup halında gülüş obyektinə çeviriblər. Pasportu əlindən alınan Şah izahat verilmədən ayrıca otaqda saxlanılıb. 

“Özümü dəhşətə gəlmiş və güvənliksizdə hiss edirəm,” – deyə o, sosial media hesabında bildirib.

Powered by Froala Editor